Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DYP Bakı-Quba yolunda təmir işləri ilə əlaqədar sürücülərə müraciət edib

User 11 Avqust 2023 - 11:16 (Last updated: 21 May 2025 - 20:15)
trend_dyp_main

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-dən verilən məlumata görə, müraciətdə deyilir:

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 128.6-cı kilometrliyində, yolun hər iki tərəfində elektron tərəzilərin quraşdırılması ilə əlaqədar aidiyyəti qurum tərəfindən hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib. Hazırda yolda təhlükəsizliyin təmin edilməsi və hərəkət intensivliyinin nizamlanması üçün DYP tərəfindən zəruri tədbirlər görülür.

Lakin təəssüf ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə əsas yola çıxmağa çalışırlar ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qəzaların və digər xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərə müraciət edərək onlardan sözügedən ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etməyi, mövcud vəziyyəti anlayışla qarşılamağı və digər hərəkət iştirakçılarına münasibətdə ehtiramla davranmağı xahiş edir”.

Post navigation

Previous: Okeanın dibindən hələ də işləyən 50 yaşlı “Rolex” saatı tapıldı –
Next: II ixtisas qrupu üzrə plan yerlərinin sayı açıqlanıb

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.