Sakit Okeanın dibindən hələ işləyən Rolex” saatı tapılıb.
Azpost.info Surher.com-a istinadən xəbər verir ki, iyun ayında sörfçü Mett Kaddixi Avstraliyanın sahil qraflığı olan Noosa sahillərində suyun dibinə enib. Qiymətli bir şey tapmaq niyyəti ilə suya enən Mett uzun müddət yalnız itmiş üzgəclərə, snorkeling borularına və digər avadanlıqlara rast gəlirdi.
Amma sonda sörfçünün bəxti gətirib. Okeanın dibindən nadir saat sayılan “Rolex Submariner ref” tapıb. Saat işlək vəziyyətdə olub. Onların dəyəri 20 min dollar civarında qiymətləndirilir.
Mett saatın arxa üz qabığında yazı tapıb: Orada “1971-ci ildə təltif edilib” yazılmışdı. Xəzinə ovçusu saatı satmaq əvəzinə sosial media vasitəsilə saatın əsl sahibini tapıb. Saatın sahibinin Rik adlı bir şəxsin olduğu ortaya çıxıb. O, özü də Mettlə əlaqə saxlayıb.
Həmin şəxs deyib ki, 50 il əvvəl yelkən yarışında qalib gəldiyi üçün atası ona hədiyyə edib.
Oğul bütün həyatı boyu hədiyyə ilə ayrılmayıb. Amma 2019-cu ildə onu itirib. Saat sahibinə qaytarılıb.
Azpost.info