Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ədliyyə Nazirliyi Memarlıq və İnşaat Universiteti ilə Memorandum imzalayıb

User 19 İyun 2026 - 11:39 (Last updated: 19 İyun 2026 - 11:39)
JA7A81621111.JPG

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, yüksəkixtisaslı ekspert kadrların hazırlanması və elmlə praktikanın vəhdətinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memoranduma əsasən qurumlar yüksəkixtisaslı kadrların hazırlanması və onların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi, müvafiq sahələr üzrə təhsil proqramlarına məhkəmə ekspertizasına dair seçmə fənlərin daxil edilməsi, məhkəmə ekspertlərinin nəzəri və praktiki hazırlığının beynəlxalq standartlara uyğun təşkili, habelə onların bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində universitetin memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, materiallar mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, yerquruluşu və daşınmaz əmlakın kadastrı, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, maşın və mexanika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və digər ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçmələri üçün şərait yaradılacaq. Eyni zamanda, məhkəmə tikinti-texniki, məhkəmə-kompüter texniki, məhkəmə-yerquruluşu və yol-nəqliyyat hadisələrinin ekspertizası və əməyin təhlükəsizliyinin tədqiqi sahələri üzrə xüsusi təlim proqramlarının hazırlanması, elmi araşdırmaların aparılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Memorandum məhkəmə ekspertizası sahəsində elmi biliklərin genişləndirilməsi, təhsil və praktika arasında əlaqələrin möhkəmləndirilməsi, gənc mütəxəssislərin ekspert fəaliyyətinə cəlb olunması və ölkədə ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması formalaşdırır.

Qeyd edək ki, Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da nəzərdə tutulan tədbirlərin, o cümlədən məhkəmə eksperti ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyənləşdirilməsi və bu sahələr üzrə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi istiqamətində işlərin həyata keçirilməsi məqsədilə imzalanıb.

AzPost.az

Post navigation

Previous: Son 20 gündə dənizdə 12 nəfər batıb
Next: “İranın yenidənqurulması başlayıb” –

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
f8e84ed9-4848-4959-845c-5ea0aba15c0c
  • Sosial

BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

User 13 Noyabr 2026 - 12:48
baba esger esas
  • Sosial

Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar

User 13 Noyabr 2026 - 10:20

xƏBƏR

Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabah 22 dərəcə isti olacaq – HAVA
Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
Media və Yayım Şurası açıqlama yaydı media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ f8e84ed9-4848-4959-845c-5ea0aba15c0c
  • Sosial

BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

User 13 Noyabr 2026 - 12:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.