Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

Əfsanəvi The Yardbirds” rok-qrupunun yaradıcısı vəfat edib

User 03 Oktyabr 2025 - 15:12 (Last updated: 03 Oktyabr 2025 - 15:12)
yardb01

Britaniyalı musiqiçi, gitara ifaçısı və əfsanəvi rok qrupu The Yardbirds-in qurucularından biri olan Kris Drea səksən yaşında dünyasını dəyişib.

AzPost xəbər verir ki, musiqiçinin vəfatı barədə məlumatı Deadline nəşri yayıb.

Onun ölüm xəbərini musiqiçinin ailə üzvləri də təsdiqləyib. Drea uzun müddətdir səhhətində problemlər yaşayırdı. Lakin ailəsi ölüm səbəbini dəqiqləşdirməyib.

Kris Drea 1945-ci ilin noyabrında İngiltərənin Surrey qraflığında anadan olub. Gənclik illərində dostu Entoni Topham ilə birgə müxtəlif musiqi qruplarında çıxış edib. 1963-cü ildə onlar birlikdə The Yardbirds qrupunu təsis ediblər. Drea burada ritm gitarada ifa edirdi.

Qrupun əsas heyətinə həmçinin zərb ifaçısı Cim Makkarti və bas gitarist Pol Semvell-Smit daxil idi. Bu kollektiv dünya rok tarixində xüsusi yer tutub. Çünki burada ardıcıl olaraq üç böyük gitara ustası – Erik Klepton, Cef Bek və sonradan Led Zeppelin-ə qoşulan Cimmi Peyc çıxış ediblər.

“The Yardbirds” 1965-ci ildə “For Your Love” albomu ilə beynəlxalq şöhrət qazanıb. Həmin il işıq üzü görən “Having a Rave Up with the Yardbirds” albomu da qrupun uğurunu möhkəmləndirib.

Kollektiv 1968-ci ildə fəaliyyətini dayandırsa da, onun rok musiqisinə təsiri bu gün də davam edir. Kris Drea isə musiqi tarixində özünəməxsus iz qoyan sənətçilərdən biri kimi xatırlanır.

AzPost.az

Post navigation

Previous: Yeniyetmələrdə narkotikin əlamətlərini necə bilmək olur? –
Next: Gözəllik salonunda saç yumaq insult riski yaradır

Oxşar xəbərlər

sou esas
  • Şou Biznes

Musiqi platformaları müğənnilərə necə pul qazandırır?-

User 09 Oktyabr 2026 - 23:17
tacir
  • Şou Biznes

Tacir Şahmalıoğlu səhhətindən danışdı:

User 07 Oktyabr 2026 - 16:17
avroviziya
  • Şou Biznes

Çexiya “Eurovision-2027”dən imtina etdi

User 06 Oktyabr 2026 - 14:39

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.