“Ehtiyatlar tükənib, NATO ölkələri sursat istehsalını artırmalıdır”- STOLTENBERQ

NATO Baş katibi Yens Stoltenberq üzv ölkələri müdafiə şirkətləri ilə silah-sursat istehsalı üçün daha çox müqavilə bağlamağa çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“Müqavilələr imzalananda sənaye investisiya qoymağa və hasilatı artırmağa hazır olacaq. Müttəfiqlərin ehtiyatları tükənib. Ukraynanı dəstəkləyə bilmək və daha iddialı məqsədlərə çatmaq üçün istehsalı artırmalıyıq”, – Stoltenberq bildirib.

Baş katib agentliyə bildirib ki, NATO müdafiə sənayesi nümayəndələrini alyansın müdafiə nazirlərinin iyunun sonunda Brüsseldə keçiriləcək görüşünə dəvət edib. O, həmçinin ümid edir ki, müttəfiqlər iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdən sonra müdafiə sənayesinin tənzimlənməsi planını razılaşdıracaqlar.

Stoltenberqin sözlərinə görə, planda döyüş sursatı istehsalının və müştərək satınalmaların həcminin artırılması, eləcə də qarşılıqlı fəaliyyətin və standartlaşdırmanın necə təmin ediləcəyi göstəriləcək.

Azpost.info

Əvvəlki məqalə

“Nazirlik pensiyaçılara bağlı statistikanı açıqlamır” –

Sonrakı məqalə

Sabah hava necə olacaq?