“Nazirlik pensiyaçılara bağlı statistikanı açıqlamır” –EKSPERT ŞƏRHİ

“Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mediaya açıqlamasında deyib ki, 65 yaşında təqaüdə çıxanların 30-40 faiznin pensiya hüququ qazandığı ilə bağlı səslənən fikirlər yanlışdır. Kərimov deyir ki, onların əlində konkret rəqəmlər var və o bundan çıxış edir. Belə qeyri-müəyyən məlumatlar ona görə ortaya çıxır ki, qurum “əlimizdə var” dediyi, dövlət sirri olmayan statistikaları ictimiayyət üçün də açıq saxlamır”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı -ekspert Rövşən Ağayev nazir müavinin bununla bağlı açıqlamsını şərh edərkən deyib.
“30-40% rəqəmini ortaya atanlar niyə bu rəqəmi səsləndirir? Çünki pensiya hüququnu qazanmaq üçün insanlar bəlii yaşa çatana qədər ya muzdlu işçi, ya fərdi sahibkar, ya torpaq payçısı (yaxud sosial sığorta ilə bağlı qanunvericilikdə nəzərdə tutulan digər formalarda) sığorta ödəyicisi olmalı və tələb olumam minimum kapitalı da toplaya bilməlidir”-deyə R.Ağayev vurğulayıb.
Ekspert deyib ki, nazirlik “əlimizdə var” dediyi, dövlət sirri olmayan statistikaları ictimiayyət üçün də açıqlamır: “Məsələn, hər il nə qədər insan pensiya hüququ qazanır və onların hansı hissəsi yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görədir? Eyni zamanda, bu pensiya kateqoriyalarının hər biri üzrə həyatını və buna paralel olaraq pensiya hüququnu itirən nə qədər pensiyaçı olur? Çünki bu rəqəmlər olmadan rəsmi açıqlanan pensiyaçı sayının dinamikasında baş verən dəyişikliklərin mənbəyini də görmək mümkün deyil”.
R.Ağayevin sözlərinə görə, pensiyaçıların sayını cinsə görə açıqlayırlar, amma yaşa görə açıqlamırlar: “Nə qədər çətin bir məsələdir ki, hazırda pensiya alanların sayını açıq informasiya mənbələrində hər bir yaşa və yaş qrupuna görə ayrıca görə bilək. Yaxud pensiyaların məbləğini intervallar üzrə açıqlamaq niyə çətin olsun ki? Məsələn, 300-350 manat, yaxud 400-450 manat intervalında, 1000 manatdan yüksək pensiyanı nə qədər insanın alması barədə, eləcədə median pensiya məbləğinə dair məlumat niyə cəmiyyətə açıq informasiya olamsın ki?”
Ekspert hesab edir ki, əgər Nazirlik bu cürə təfsilatlı pensiya statistikası yaradıb hər kəs üçün əlçatan eləsə, nə ictimai rəsyə yanlış məlumatlar dolaşar, nə də qurum özü istədiyi vaxt istədiyi məlumatla manipulyativ açıqlamar verə bilər.
Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.