“Elə etməliyik ki, Rusiya gücümüzü sınamaq istəməsin”- Litva Prezidenti

“Avropa İttifaqı ölkələri Rusiyanı qorxutma sistemi qurmalıdırlar”.

Azpost.info xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.

Prezidentin fikrincə, sistem elə olmalıdır ki, Rusiya Avropa ölkələrinin cavab vermək gücünü sınamaq istəməsin.

“Çox etibarlı bir qorxutma sistemi qurmalıyıq ki, Rusiayada bizim cavab vermək qabiliyyətimizi yoxlamaq istəyi olmasın. Güclü olmalı və bizi manipulyasiya etməyə imkan verməməliyik” – Nauseda bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər

Sonrakı məqalə

Putin general Rüstəm Muradova yeni vəzifə verdi