Elbrus dağında 5 alpinist ölüb

Sentyabrın 23-də Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən həyatını itirən alpinistlərin sayı 5-ə çatıb.

Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkariya Baş İdarəsinin rəisi Mixail Nadejin məlumat verib.

Axtarış-xilasetmə işləri zamanı sağ qalan 14 nəfərin hamısı xəstəxanaya çatdırılıb. Onlardan 11 nəfəri Nalçik şəhərindəki xəstəxanaya yerləşdirilib. Üç nəfər isə ilkin tibbi yardımdan sonra sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

Sonrakı məqalə

Xəstəxana işçisi aylarla xəstələrə işgəncə verib –