Eldar Həsənovda cinayət təqibinə mane olan hər hansı xəstəlik yoxdur –

Baş Prokurorluq
16 Avqust 2021 - 15:23

“Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır”.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb.