Eldar Həsənov ev dustaqlığına buraxılmayıb –QƏRAR

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verilmiş apelyasiya şikayətinə baxılıb.

Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E. Həsənovun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun girov müqabilində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılıb. Məhkəmə onun müdafiəçisinin verdiyi vəsatəti təmin etməyib.

Onu da qeyd edək ki, E. Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jurnalistlərin üçüncü binası ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir –

Sonrakı məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar