Eldar Həsənovun növbəti məhkəmə iclası keçirilir

Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.

Hakim Əfqan Hacıyev isə cavab olaraq bildirib ki, bununla bağlı həkimlərin və ekspertlərin müvafiq rəyi olmalıdır.

Daha sonra Eldar Həsənov iş üzrə ifadə verməyə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MEDİA və Turizm Agentliyi jurnalistlərlə fotoqraflar üçün müsabiqə elan edib –

Sonrakı məqalə

Akademik Arif Quliyev vəfat edib