21 yaşlı oğlan sirkə turşusundan zəhərlənərək ölüb

Ucar rayon sakini sirkə turşusundan zəhərlənərək ölüb.

Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olan 21 yaşlı Kənan Vüqar oğlu Zeynalov müvəqqəti olaraq Göyçay rayonunda kirayə yaşadığı evdə sirkə turşusu içib.

Vəziyyəti ağır olan şəxs Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

Sonrakı məqalə

Moskvaya növbəti dəfə dron hücumu olub