Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olundu –

SƏRƏNCAM
07 Sentyabr 2021 - 12:37

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Elnur Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.