“Elnur Əşrəfoğlunun vəziyyətində ciddi irəliləyiş yoxdur” –

"Yeni Klinika"
23 Sentyabr 2021 - 13:02

“Tanınmış jurnalist Elnur Əşrəfoğlunun 4 gündür ECMO dəstəyi davam edir”.

Bu barədə APA-ya “Yeni klinika”dan bildirilib. Qeyd olunub ki, onun vəziyyəti ağır olaraq qalır:

“Təəsüf ki, ciddi irəliləyiş yoxdu. İntensiv müalicə davam edir”.