Zərərçəkənlər sabiq MTN generalından 315 min dollar istəyir –Məhkəmə generalı ev dustaqlığına buraxmadı

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Nizami Şirinovun anket məlumatları dəqiqləşdirilən zaman 5 ildir təqaüddə olduğu məlum olub.

Daha sonra prosesdə zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkənlərdən Rahib Ağayevin uzun müddət general Yaşar Aydəmirovun sürücüsü olduğu və hazırda işləmədiyi bildirilib.

Zərərçəkən şəxslərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı maddi ziyana görə 315 min dollar, mənəvi ziyana görə isə 300 min manat mülki iddia qaldırıb.

Prosesdə Nizami Şirinovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edilib.

Hakimlər kollegiyası tərəfindən vəsatət təmin edilməyib.

M. Yusifovun verdiyi mülki iddia məhkəmə icraatına qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə küçəyə çıxmaq qadağan olunub

Sonrakı məqalə

“Elnur Əşrəfoğlunun vəziyyətində ciddi irəliləyiş yoxdur” –