Elnur Məmmədov Moskvada rusiyalı həmkarı ilə görüşüb

Moskva şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiya  xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib, qarşılıqlı faydalı əməkdaşlığın cari vəziyyəti, habelə perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər habelə regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.

Səfər çərçivəsində E.Məmmədovun Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq məsələləri, Latın Amerikası regionu ilə münasibətlərə məsul nümayəndələri ilə də görüşləri baş tutub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.