Elşad Hacıyev təltif edilib

02 İyul 2020 - 13:30

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev 2 İyul – Azərbaycan Polisi Günü ilə bağlı təltif edilib.

“Report” xəbər verir ki, E.Hacıyev Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə “Daxili İşlər Nazirliyində əla xidmətə görə” döş nişanı ilə təltif olunub.

“Report” bu münasibətlə E.Hacıyevi təbrik edir, ona uğurlar arzulayır!