Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Əməkdar artist Yadigar Muradov vəfat edib

User 18 Noyabr 2025 - 09:00 (Last updated: 18 Noyabr 2025 - 09:27)
yadigar01

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.

O, ötən gecə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Əməkdar artist bur müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.

Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.

Yadigar Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 2024-cü ilin yanvar ayında oqranizmində xərçəng xəstəliyi aşkarlanıb.

Ailəli idi, 3 oğlu var.

21 dekabr 2018-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib. 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

AzPost.az

Post navigation

Previous: Bank kartlarında kəşbək şikayətləri artır: “yoxa çıxır”
Next: Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

burcler
  • Maraqlı

Bürclər üçün 11 noyabr proqnozu – Hansı dəyişikliklər olacaq?

User 11 Noyabr 2026 - 09:55
Qoç Çərşənbə günü çoxdan başqasının cavabından asılı qalan bir işi sürətləndirmək istəyəcəksiniz. Özünüzü xatırlatmazdan əvvəl bir məktubda...
Read more about Bürclər üçün 11 noyabr proqnozu – Hansı dəyişikliklər olacaq?
Alimlər gizli planet aşkar etdilər – kəşfin sirri nədir? planetlərin kiçik paradı
  • Maraqlı

Alimlər gizli planet aşkar etdilər – kəşfin sirri nədir?

User 11 Noyabr 2026 - 09:45
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti pensiya02
  • Baş Yazı

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

User 11 Noyabr 2026 - 09:36
Sudanda 1500 illik nəhəng xristian kilsəsi tapıldı kilse afrika
  • Maraqlı

Sudanda 1500 illik nəhəng xristian kilsəsi tapıldı

User 11 Noyabr 2026 - 09:26
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 11 Noyabr 2026 - 09:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.