Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı

Orkhan Ali 23 Yanvar 2025 - 19:45 (Last updated: 21 May 2025 - 20:15)
Əməkdar artist

Əməkdar artist

Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini açıqlayıb.
AzPost xəbər verir ki, Nazir Rüstəmov Qaynarinfo-ya açıqlamasında oğlunun qara xəbərini gecə aldığını dedi:
“Gecə saatlarında xəbər gəldi ki, oğlunuz həyatda yoxdur, keçinib. Anası da xəstəxanada yanında olub. Heç bir xəstəliyi yox idi, adi soyuqdəymə… Özümüz də şokdayıq”.
Nazir Rüstəmov 42 yaşlı oğlunun 3 uşaq atası olduğunu vurğulayıb:
“Gözümüzün qarşısında getdi”.
Qeyd edək ki, Əməkdar artist Nazir Rüstəmova ağır itki üz verib. Aktyorun oğlu Elxan Rüstəmov vəfat edib.
Haşiyə

Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir.

2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu.

2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.

120-dən çox tamaşada rol almış Nazir Rüstəmov həmçinin şair kimi fəaliyyət göstərir və şeirlər yazır.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Post navigation

Previous: Ötən il ölkədən nə qədər meyvə-tərəvəz ixrac olunub?  –
Next: 108 ildir işləyən “Şollar” su kəmərinin başlanğıc nöqtəsi

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.