Emosiyalar yuxunun keyfiyyətinə necə təsir edir?

Yuxusuzluq insan həyatının bütün sahələrinə mənfi təsir göstərir. AzPost xəbər verir ki, bu barədə rusiyalı həkim  Yekaterina Demyanovskaya RT-yə müsahibəsində danışıb.

“Yuxusuzluğun səbəblərini üç qrupa bölmək olar: fizioloji, psixoloji və xarici. Fizioloji amillərə xroniki xəstəliklər, hormonal dəyişikliklər, vitamin və mikroelementlərin çatışmazlığı daxildir. Yuxunun keyfiyyətinə müxtəlif, bəzən aşkar olmayan amillər təsir edə bilər. Məsələn, maqnezium və kaliumun səviyyəsinin azalması bura aiddir” – deyə həkim bildirib.

O, həmçinin qeyd edib ki, psixoloji faktorlar heç də az təsir etmir. Davamlı olaraq günün hadisələrini həzm edən beyin istirahətə keçməkdə çətinlik çəkir və stress hormonu kortizol yuxu hormonu melatoninin istehsalına mane olur.

Nevroloqun sözlərinə görə, yuxusuzluq insanın vəziyyətinə və görünüşünə kifayət qədər tez təsir edir: dəri təravətini itirir və bozumtul rəng alır, gözlərin altında tünd dairələr əmələ gəlir, iltihab və qızartı riski artır.

Azpost.info

Əvvəlki məqalə

“Dubay-Moskva” təyyarəsi niyə Bakıda məcburi eniş edib?

Sonrakı məqalə

Azərbaycanda süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib