ABŞ Senatı Entoni Blinkeni ABŞ dövlət katibi vəzifəsinə təsdiqləyib.
Yanvarın 26-da diplomatiya veteranı və prezident Co Baydenin uzun müddət müşaviri olmuş Blinkeni hər iki partiyadan olan senatorlar dəstəkləyiblər.
Blinken ABŞ-ın 1 nömrəli diplomatı kimi Trampın dörd il sürən “Əvvəlcə Amerika” siyasətindən sonra ölkəsini qlobal siyasət meydanına qaytarmaq vəzifəsini yerinə yetirməlidir.
Tramp NATO da daxil beynəlxalq təşkilatlara laqeyd yanaşırdı. Bu səbəbdən ABŞ istər rəqibləri, istərsə də müttəfiqləri ilə tez-tez qarşıdurma vəziyyətinə düşürdü.
Təhlilçilər deyirlər ki, Blinkenin ilk vəzifələrindən biri də ABŞ-la İran arasında yaranmış gərginliyin aradan qaldırılması, Çinlə getdikcə artan ixtilafların yoluna qoyulması olacaq.
Blinken Baydenin birinci vitse-prezidentlik müddətində onun milli təhlükəsizlik müşaviri olub, daha sonra prezident Barak Obamanın milli təlükəsizlik müşavirinin müavini vəzifəsinə keçib.
O Obama administrasiyasının Dövlət Departamentində ikinci şəxs mərtəbəsinədək yüksələ bilib.