Entoni Fauçi:"ABŞ-ın normal ritmə qayıtması tədricən baş verəcək"

Ağ evin koronavirusla mübarizə üzrə baş müşaviri doktor Entoni Fauçi “ABC News” telekanalına müsahibəsində bəyan edib ki, COVID-19 böhranından sonra ABŞ-ın normal ritmə qayıtması prosesi ölkənin hər yerində fərqli olacaq.

Fauçinin sözlərinə görə, bu, bir sıra amillərdən asılı olacaq. “Biz əvvəlki vəziyyətə qayıtmaq barədə danışanda ehtiyatlı olmalıyıq. Biz Amerikanın bütün hissələrini bir-birinə tay edə bilmərik. Çünki ölkədə koronavirusun yayılma dərəcəsi, həmçinin sakinlərin və administrasiyaların bu virusa qarşı mübarizəyə cəlb edilməsi işi müxtəlif səviyyələrdədir. Virus kiçik şəhərlərin daha çox olduğu və insanların əksəriyyətinin kənd yerlərində yaşadığı daxili ştatlara nisbətən əhalinin sıx yaşadığı şəhər rayonlarında daha tez yayılıb və gec səngiyir”, – deyə Fauçi “World News Tonight” verilişinə müsahibəsində bildirib.

Fauçi deyib ki, əgər virus ən aşağı səviyyəyədək azalarsa və həkimlər onun qarşısının alınması üsullarının köməyi ilə asanlıqla öhdəsindən gələrsə, o zaman ABŞ normal həyat ritminə qayıtmaq üçün tədrici prosesə başlaya bilər(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alimlər:

Sonrakı məqalə

Azərbaycanda cəza siyasəti yenə humanistləşdirilir