Körfəz ölkələri İsrailin İranın neft obyektlərinə mümkün hücumunun qarşısını almaq üçün ABŞ-da fəal şəkildə lobbiçilik edir.
Azpost.info bildirir ki, bu barədə Reuters məlumat verib.
▪️Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər İsrailin İrana zərbələrinin mümkün nəticələrindən xüsusilə narahatdır. Onlar qorxurlar ki, İran İsrailin hücumuna cavab olaraq Fars körfəzinin neft infrastrukturunu vura bilər və bu, regionun iqtisadi sabitliyini və təhlükəsizliyini təhlükə altına qoya bilər.
Bildirilir ki, bu dövlətlər İsrailə öz hava məkanından İrana qarşı yönəlmiş istənilən hərbi əməliyyatlar üçün istifadə etməkdən imtina ediblər.