Ərdoğan Almaniyaya gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya işgüzar səfərə gedib.

Azpost.info xəbər verir ki, səfər bir gün davam edəcək.

Səfərdə Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, ticarət Naziri Ömər Bolat, Prezident Administrasiyasının rəsmisi Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç müşayiət edir.

Ərdoğan Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək və heyətlərarası görüş keçirəcək. Həmçinin Almaniya kansleri Olaf Şoltsla görüşəcək və birgə mətbuat konfransı keçirəcək.

Azpost.info

Əvvəlki məqalə

İsrail və HƏMAS atəşkəs barədə razılaşıblar

Sonrakı məqalə

Fələstin parlamentinin vitse-spikeri Qəzzada həlak olub