Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ərdoğan bir sıra dövlət və hökumət başçıları ilə telefonla danışıb

User 09 Aprel 2024 - 21:09 (Last updated: 21 May 2025 - 20:15)
erdoqan telefon

Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Pakistanın Baş naziri Şahbaz Şərif, Omanın Sultanı Heytəm bin Tariq Al Səid, İraqın Prezidenti Əbdüllətif Camal Rəşid və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefon danışıqları olub.

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Prezident İlham Əliyev danışıq zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra Prezident Ərdoğanın Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı olub. Söhbət zamanı Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Pakistanda baş verən son terror aktlarında həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı diləyib. O, Pakistanın dövlət təcrübəsi ilə bu çətin dövrdən də çıxacağına inamını ifadə edib.

Omanın Sultanı Heytəm bin Tariq Al Səid ilə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı İsrail-Fələstin qarşıdurması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti İsrail ilə Fələstin arasında təcili atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımların lazımi miqdarda çatdırılması istiqamətində səylərin artaraq davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra Türkiyə dövlətinin başçısı ilə İraqın Prezidenti Əbdüllətif Camal Rəşid arasında telefon danışığı olub. İki lider Türkiyə ilə İraq arasındakı əlaqələr, terrorla mübarizə, İnkişaf Yolu Layihəsi və regional məsələləri müzakirə ediblər.

Daha bir telefon danışığı Türkiyə Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında baş tutub. Söhbət zamanı qlobal və regional məsələlər, həmçinin Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrin nümunəvi xarakter daşıdığını və qarşıdakı dövrdə bu münasibətləri daha da dərinləşdirəcək addımlar atmaqda qərarlı olduğunu bildirib.

Türkiyə Prezidenti həmsöhbətlərini Ramazan bayramı münasibətilə təbrik edib, xalqlara firavanlıq arzularını çatdırıb.

Post navigation

Previous: Mərkəzi Bankın sədri Azərbaycanın bank rəhbərlərini ABŞ-a aparır
Next: Prezident İlham Əliyev Ramazan bayramı ilə bağlı paylaşım edib

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Qobustanın qayaları min illər əvvəl burada yaşayan insanların həyatından, ov üsullarından və dünyagörüşündən xəbər verir. Böyükdaş dağındakı...
Read more about Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.