Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Kremlin mətbuat xidməti xəbər verir ki, görüşün protokol hissəsində Putin Rusiya və Türkiyə arasında iqtisadi əməkdaşlığın səviyyəsini yüksək olaraq qaldığını söyləyib.
Bildirib ki, 2025-ci ilin yekununa görə, Türkiyəyə təxminən 7 milyon rusiyalı səfər edib.
Putin Rosatom-un 2026-cı ildə Akkuyu AES blokunu işə salacağına əminliyini ifadə edib.
O vurğulayıb ki, Türkiyə həm xarici siyasətdə, həm də iqtisadi məsələlərdə Rusiyanın imtiyazlı tərəfdaşlarından biridir.
Türkiyə lideri isə çıxışında Ankara-Moskva münasibətlərinin əvvəlkindən daha yüksək səviyyədə olduğunu söyləyib.
Qeyd edib ki, Akkuyu AES istismara verilməsinin son mərhələsindədir.
Ərdoğan Putinə Akkuyu Atom Elektrik Stansiyasını birgə istismara verməyi təklif edib.