Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Erkən nikahlar psixoloji problemlərə yol açir

User 06 Mart 2024 - 13:21 (Last updated: 21 May 2025 - 20:15)
nikah muqavile

Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür.

İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır.

Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olur. Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə, şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikahlar zamanı həmin şəxslər təhsildən uzaqlaşır. Erkən nikah qurbanlarının daha çox qız uşaqları olduğundan, həmin qızların həyat yoldaşlarından bağlı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına səbəb olur. Dünya statistikasına əsasən erkən yaşda evləndirilən qızlar, normal hala nisbətən iki dəfə artıq şiddətə məruz qalırlar. Erkən yaşda evlilik qadınların təhsilinində və maddi vəziyyətinin məhdudluğu, tərəflər arasında yaş fərqi, güc balansının olmamağı, qadının azadlığının əlindən alınması bu cür evliliklərin mexanizminin əsasıdır. Adətən erkən evlilik halları ailələrin razılığı ilə baş tutduğundan təxminən evlənəcək şəxslərin 71% evlənməmişdən öncə bir birlərini görmürlər. Ailə planlaşdırılmasını dərk etmirlər və beləliklə dünyaya gətirilən uşaqların sayında və sağlamlığında problemlər meydana çıxır. Dünya ədəbiyyatında depressiyaya düşənlərin statistikasnda 10-17 yaş arasında evlənənlərin daha çox intihara meyillilki müşahidə olunur.

Belə hallarla üzləşdikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə hallarla üzləşən şəxslərə dərhal Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət edilməsi tövsiyə edilir.

Bu məqalə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi “Ucqar ərazilərdə erkən nikahların baş verməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində dərc olunub.
Bu layihə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” proqramının dəstəyi ilə icra olunur.

Post navigation

Previous: Qarabağda rus dili tədris oluna bilər?
Next: Kreml BCM-nin rus komandirlərin həbsinə order verməsini şərh etdi

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
Ukrayna ordusu hava şarları ilə idarə olunan PUA-larla Moskva hava limanlarına hücum edib. PUA-lar Vnukovo, Domodedovo və...
Read more about Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.