Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Erkən nikahlara qarşı maarfiləndirici layihə yekunlaşıb

User 20 Oktyabr 2025 - 19:47 (Last updated: 21 Oktyabr 2025 - 11:50)
a02

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəmiyyətin sağlam gələcəyi uğrunda maarifləndirmə işlərinin təşkili” layihəsi yekunlaşdı. 

Birliyinin sədri, layihənin rəhbəri Esmira Rəhimova bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olundu. Layihənin icrası Quba rayonunda, tam olaraq, desək, Quba rayon şəhid İbrahim Şahmərdanov adına Qəcrəş tam orta məktəbində kecirildi.

Bu layihənin kecirilməsində məqsəd, yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı mövcud olan problemlərin qarşısının alınmasına dəstək olmaq idi.    Azərbaycan cəmiyyətinin sağlam inkişafı üçün ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının azalması istiqamətində görülən tədbirlərə dəstək və sözügedən problemlərin aradan qaldırılmasına, təhsilin və hüquqi maarifləndirmənin artırılmasına, xüsusilə də regionlarda erkən evliliyin və qohum nigahlarının qarşısını almağa köməklik göstərmək idi.

Layihənin həyata keçirilməsi nəticəsində yeniyetmələrin erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və fəsadları, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskləri barədə maarifləndirmə işi aparıldı. Eyni zamanda, biz layihə çərçivəsində, yeniyetmələrin hüquq və azadlıqlarının müdafiəsi və bu istiqamətdə yeni qəbul edilmiş qanunvericilik kontekstində bütün lazımi mövzuları əhatə edərək, onların  maariflənməsinə nail olmağa calışdıq. Erkən və qeyri-rəsmi nigahların mənfi nəticələri və fəsadları, qan qohumları arasında bağlanan nigahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskləri barədə yeniyetmələr maarifləndirildi. Əsasən, yeniyetmələrin hüquq və azadlıqları, xüsusən də təhsil almaq hüquqları barədə qızlar məlumatlandırıldı. Həm də qızlar arasında ailə hüquqlarının və nigah müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə dair təbliğat işi aparıldı. Eyni zamanda, cəmiyyətin gələcək sağlam inkişafına nail olmağa calışdıq.

İnanıram ki, bu layihənin icrası, ailədaxili fərdlərin bir-birinin hüquq və öhdəliklərinə hörmətlə yanaşma vərdişlərinin  olmasına, yeniyetmələr arasında isə hüquqi maarifləndirmənin təbliği, onlarda öz hüquqlarını müdafiə vərdişini təkmilləşdirəcəkdir.
Birlik hesab edir ki, layihənin davamlı olması günün vacib şərtidir. Quba rayon şəhid İbrahim Şahmərdanov adına Qəcrəş tam orta məktəbində keçirilən beş tədbirdə 100  yeniyetmə iştirak etdi.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

AzPost.az

Post navigation

Previous: Qadın sahibkarlara 24 milyon manat güzəştli kredit verilib
Next: Xələf Xələfov Tehranda Abbas Araqçi ilə görüşüb

Oxşar xəbərlər

vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11

xƏBƏR

buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Rusiya Qara dəniz vasitəsilə taxıl daşınmasının təhlükəsizliyini təmin etmək üçün müxtəlif təklifləri nəzərdən keçirir və bu məsələ...
Read more about Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.