Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
elmar esas

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsi indi qərar elan edib.

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla Emin və Elmara Cinayət Məcəlləsinin  120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Prokuror cinayətin ağırlığını və ictimai təhlükəliliyini nəzərə alaraq təqsirləndirilən şəxslərin həbs edilməsini tələb edib.

Hakim tərəfləri dinlədikdən sonra təqdimatı əsaslı hesab edib.

Qərara əsasən Emin və Elmar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar ikisi də məhkəmədən istintaq təcridxanasına aparılıb.

Qeyd edək ki, indi həbs edilən Emin və Elmar qətl törətdikdən sonra hadisə yerindən qaçıb gizləniblər. Onlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Bundan əlavə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də daxil olmaqla 11 nəfər tutulub.

Ötən gün 11 nəfər barəsində cinayətkar birlik yaratma, eləcə də onun fəaliyyətində iştirak etmə, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və başqa maddələri ilə həbs qətimkan tədbiri seçilib.
Planlı cinayətdə ittiham olunan şəxslərə verilmiş ittihamların sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.

 

https://azpost.info/wp-content/uploads/2026/10/AQNSJxV4hJpLu3OKfbA6A60lKu8lfCR54cuucpJqU6d4cWB_i1QzYeOPM-Q0il7SfEQvMDLWw9f6FiNgG4oJSLeRk_wWm13bRrow49dAqi8oaw.mp4

AzPost.az

Post navigation

Previous: “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

Oxşar xəbərlər

teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00

xƏBƏR

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon...
Read more about Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.