Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Erkən nikahlara qarşı dövlət və cəmiyyət birgə mübarizə aparmalıdır

User 24 Aprel 2024 - 16:01 (Last updated: 21 May 2025 - 20:15)
nikah muqavile

Dünyada və ölkəmizdə erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, bu hllarla əlaqədar qanunvericiliklə nəzardə tutulmuş qaydada müvafiq şəxslər məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar bir çox hallarda rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.

Valideynlər başa düşməlidir ki, övladlarının yerinə qərar qəbul etmək olmaz. Onlar övladlarına bir şəxsiyyət olaraq yanaşmalı, onlara seçim etməyə imkan verməli, psixoloji olaraq ailə qurmağa hazır olduqdan sonra ailə qurmağa “xeyir-dua” verməlidirlər.
Valideyn anlamalıdır ki, hər şeydən vacib övladının xoşbəxtliyidir. Bu baxımdan valideyn “qız yükü, duz yükü” prinsipi ilə, sterotiplərlə davranıb qız övladını elə tez “başından etmək”, “yükdən qurtarmaq” psinsipi ilə davranmamalıdır.
Eyni zamanda nəzərə alınmalıdır ki, artıq 18 yaşına çatmış oğlan və qız uşaq deyil, müstəqil fərddir və onun şəxsi həyatına müdaxilə yolverilməzdir. Valideyn əgər övladının tərbiyyəsi ilə maraqlanırsa, bunu övladının otağına, telefonuna və s şəxsi əşyalarına hədə-qorxu ilə, zor tətbiq etmək ilə baxmaq, axtarış aparmaq, onu hədə-qorxu ilə, zor tətbiq etməklə sorğu-sual etmək qanunla qadağan olunmaqla yanaşı , valideyn övlad münasibətlərinə mənfi təsir göstərərək arzuolunmaz hallara gətirib çıxara bilər. Valideyn bunu ehtiyyatla, inandırmaqla etməlidir, o, inandırmalıdır ki, övladı səhv yoldadır və ətrafında olan insanlar düzgün deyil.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikah hallarlı üzləşən şəxslərə dərhal Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət etmələrini tövsiyə edir.

Bu məqalə “Tərəqqi” Sosial Tədqiqatlar İB-in icra etdiyi “Ucqar ərazilərdə erkən nikahların baş verməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində dərc olunub.

Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.

Post navigation

Previous: Bayden yenə “erməni soyqırımı” ifadəsini işlətdi
Next: Türkiyənin keçmiş idman naziri evində ölü tapılıb

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.