“Erməni lobbisinin “New York Times”a qarşı da hücumlarını pisləyirik” –

HİKMƏT HACIYEV
02 Noyabr 2020 - 08:51

“ABŞ-ın radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 heyətinə qarşı olduğu kimi “New York Times”a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik. İfadə azadlığını / azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə biz də razılaşmaya bilərik, lakin işlərinə hörmət edirik”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində yazıb.