Erməni silahlıları Ağdam istiqamətindəki mövqelərimizin qarşısında səngər qazmağa cəhd göstəriblər

Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, məlumatda deyilir.

Əvvəlki məqalə

ABŞ və Danimarka Baltik dənizində birgə təlimlər keçirəcək

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin baş müşaviri ilə görüşüb