Erməni silahlıları sülhməramlıların olduğu ərazidə mövqe dəyişikliyinə cəhd edib

Saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərində yerdəyişmə etməyə cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb”, məlumatda deyilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.