Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ermənilər hücum edəndə Vaqif Xaçatryan da qardaşı ilə orada idi

User 24 Oktyabr 2023 - 12:37 (Last updated: 21 May 2025 - 20:15)
65376ff7106d765376ff7106d8169813195866550ae35b59d8c46f39db39d69b90c7

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Meşəli hadisələrində zərərçəkmiş, şəhid Milli Qəhrəman Kamil Eyyubovun hüquqi varisi Esmira Eyyubova deyib ki, həyat yoldaşı könüllü olaraq orduya yazılıb: “Ermənilərin azərbaycanlılara qarşı Qarabağda törədikləri cinayətlərdən sonra yoldaşım könüllü olaraq cəbhəyə getdi. Meşəli hadisələrində ağır yaralanmışdı, mühasirəyə alıb şəhid ediblər”.

Daha sonra ifadə verən zərərçəkmiş Meşəli sakini Qərib Cəbiyev deyib ki, hadisələr zamanı 10 yaşı olub. Zərərçəkmiş bildirib ki, ermənilər kəndə hücum edəndə çaydan keçib və ayaqları donub: “Üç ay müalicə aldım. Vaqif deyir ki, həmin hadisələrdə iştirak etməyib, elə deyil”.

O, Meşəliyə hücumda Badara kəndindən olan qadınların da iştirak etdiyini deyib: “Onların qadınları da gəlmişdilər. Kəndi talan edirdilər. Biz hər vəhşiliyi görmüşük. Atam kənddə qaldı döyüşdü, biz isə meşə yolu ilə kənddən çıxdıq. Həmin hadisələr zamanı anam Solmaz da xəsarət alıb. Atam sonradan danışanda hücum edənlərdən Vaqifin, qardaşının adını çəkirdi”.

Proses sabah davam etdiriləcək(apa).

Post navigation

Previous: Orta Asiya ölkələri Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərinə qarşı mübarizə aparacaq
Next: “TikTok” Azərbaycan üzrə 370 mindən çox videonu silib

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.