Ermənilərin atəşi nəticəsində daha bir mülki şəxs həlak olub

29 Sentyabr 2020 - 18:44

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib.

Ermənistan silahlı qüvvələrinin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayış evinə düşüb. Nəticədə ev sahibəsi Aynur Mehdiyeva həlak olub. (APA)