Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb –

FOTO
29 Sentyabr 2020 - 20:00

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Ötən gün axşam saatlarında ermənilər Goranboy rayonunun Yeni Kənd kəndini iriçaplı silahlardan atəşə tutub. Nəticədə kənd sakinləri Seymur Mustafayev və Ərəstun Əliyevə məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib. (APA)