“Ermənistan xarici siyasət sahəsində yeni imkanları, o cümlədən Avropa İttifaqına daxil olmaq ideyasını fəal şəkildə müzakirə edir”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Son üç-dörd il ərzində üzləşdiyimiz bütün çağırışları nəzərə alsaq, Ermənistanda mövcud yeni imkanlar fəal şəkildə müzakirə olunur. Bu istiqamətdə Avropa İttifaqına üzvlük ideyasının da olduğunu desəm, sirr açmayacağam”, – XİN rəhbəri bildirib.
Mirzoyan qeyd edib ki, dövlət üçün tərəfdaşlar və müttəfiqlər dairəsini genişləndirmək vacibdir.
“Ermənistan Avropa İttifaqı və ABŞ-la münasibətləri dərinləşdirir, eyni zamanda ənənəvi əlaqələri qoruyub saxlayır. Ermənistanın prioritetləri arasında qonşuları ilə münasibətlərin nizamlanması da var”, – Mirzoyan əlavə edib.
Azpost.info