Ermənistan bankları “Mir” kartları ilə işləməyi dayandırır- Sanksiyalara görə

Ermənistanda əksər banklar martın 30-dan Rusiyanın “Mir” ödəniş sisteminin kartları ilə işləməyi dayandıracaq.

Azpsot.info xəbər verir ki, bunu VTB-nin ölkədəki törəmə şirkətinin nümayəndəsi bildirib.

“İstifadəçilər bundan sonra Ermənistanın digər banklarının bankomatlarında POS-terminallarda ödəniş edə və nağd pul çıxara bilməyəcəklər”, – o deyib.

Ermənistanda “Mir” kartlarına xidmətin tezliklə dayandırılması barədə məlumatı Rusiya ödəniş bazarındakı mənbə də təsdiqləyib.

Fevral ayında “Mir operatoru” ABŞ sanksiyalarına məruz qaldı. Əsas o idi ki, operator Rusiyaya mövcud məhdudiyyətlərdən yan keçməyə və beynəlxalq maliyyə sistemi ilə əlaqələri saxlamağa kömək edir.

Azpsot.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.