Ermənistan bu günə qədər 2996 hərbçisinin öldüyünü açıqlayıb –

Cəsədlərin tanınması davam edir
12 Dekabr 2020 - 10:15

Ermənistanda 2996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizasından keçirilib.

“Armenpress”in məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

“Müharibənin əvvəlindən indiyə qədər ölənlərin yaxınlarından 1816, cəsədlərdən isə 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin tanınması prosesi davam edir”, – deyə A.Nikoqosyan bildirib.