“Ermənistan işğal etdiyi bütün əraziləri Azərbaycana qaytarmalıdır” –

İranın Ali dini lideri Xamneyi bəyanat verdi
03 Noyabr 2020 - 12:14

“Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır”.

Bunu İranın dini lideri Ayətulla Seyid Əli Xamneyi bugünkü müraciətində bildirib. S.Ə.Xamneyinin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir.

Xamneyi əlavə edib ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir.