Ermənistan Laçındakı Ordumuzun bölmələrini atəşə tutub-Bir əsgərimiz şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Bbu barədə MN məlumat yayıb. Məlumata görə, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!
Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Foto: Şəhid olan əsgər Anar Kazımov. Doğum yeri və tarixi 2004. Şəmkir. 4 ay öncə hərbi xidmətə çağırılıb.

 

Əvvəlki məqalə

Çin Tayvandan bu məhsulların idxalını dayandırdı

Sonrakı məqalə

“”Omikron”a yoluxanlar xəstəliyi daha yüngül formada keçirir”