Ermənistan məhkəməsi sabiq qərargah rəisinin Paşinyana qarşı iddiasını rədd edib

25 Mart 2021 - 18:09

Ermənistanın inzibati məhkəməsi Baş qərarganın sabiq rəisi Onik Qasparyanın baş nazir Nikol Paşinyana və prezident Armen Sarkisyana qarşı qaldırdığı iddiasını rədd edib.

Azpost.info bildirir ki, bu barədə qərar məhkəmə informasiyaları haqqında saytda yerləşdirilib.

O.Qasparyan qaldırdığı iddiasında vəzifədən azad olunmasını qanunsuz olduğunu bildirmişdi.