ABŞ Rusiya ordusunun Gürcüstan ərazisindən çıxarılmasını tələb edib

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bu ölkəni Qarabağa dair Üçtərəfli razılaşmadan sonra regionda yaranmış yeni imkanlardan istifadə etməyə çağırıb.

Diplomat bu haqda Gürcüstanın 1-ci kanalının efirində bildirib.

“Prezident Cozef Bayden azad ölkələri, azad bazarları və Gürcüstan kimi ölkələri müdafiə etməyə söz verib ki, onlar öz gələcəklərini və istiqamətlərini özləri müəyyən edə bilsinlər. Bilirsiniz ki, ABŞ-da Gürcüstanı hər iki partiya dəstəkləyir. Lakin indi Gürcüstanın gələcəyinə dair ikipartiyalı narahatlıq da ortadadır. Bu ona görədir ki, biz fundamental dəyərləri bölüşürük və Vaşinqton Gürcüstanın əvvəlki kimi bu dəyərlərə sadiq qaldığını görmək istəyir. Regionda Dağlıq Qarabağa dair dinc razılaşmadan sonra yeni imkanlar yaranıb. Gürcüstan bu imkanlardan istifadə etmək üçün hazırlıqlı olmalıdır ki, Qərblə Şərq arasında kommunikasiya, nəqliyyat və ticarət qovşağına çevrilə bilsin. Bu bizim tərəfləri razılaşmaya, ölkə ətrafında baş verən döyüş dəyişikliklərə köklənməyə çağırışımıza daha bir səbəbdir. Rusiyanın Cənubi Qafqazın hər üç ölkəsində öz qoşunlarını yerləşdirməsi narahatlıq yaradır”,- Kelli Deqnan deyib.

Səfir Rusiyanın qoşunlarını Gürcüstanın separatçı ərazilərindən çıxarması üçün təzyiqlərin artırılacağını bildirib:“Öz qoşunlarını Gürcüstan ərazilərindən çıxarmaq və 2008-ci ildə imzalanmış öhdəlikləri icra etməsi üçün Rusiyaya təzyiqləri aktivləşdirmək zəruridir”.

O, bunun üçün Cenevrə danışıqlarının mühüm imkan olduğunu qeyd edib. Həmin danışıqların növbəti raundu bu günlərdə baş tutacaq.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisidə keçirdiyi mətbuat konfransında ölkəsinin Rusiyanın iştirakı ilə birgə regional platformada işləməsinin (3 Cənubi Qafqaz respublikası+Rusiya formatı, yaxud+Rusiya, İran və Türkiyə formatı) mümkün olmadığını bildirib. “Bizim ərazilərimizi işğal edən Rusiya ilə hər hansı platformada təmsil olunmağı nəzərdən keçirmirik”,-vzqlyad.ru saytı gürcü nazirdən sitat gətirir.

Zalkaliani bildirib ki, Cənubi Qafqaz ölkələrinin iştirakı ilə təklif edilən, Rusiyanın da iştirakını nəzərdə tutan platforma Gürcüstan üçün qəbuledilən deyil. “Biz yeni platforma təklif edirik-Gürcüstan, Azərbaycan və Ermənistan. Tbilisi beynəlxalq partnyorların iştirakı ilə dialoq yeri kimi təklif edilir”,-o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan məhkəməsi sabiq qərargah rəisinin Paşinyana qarşı iddiasını rədd edib

Sonrakı məqalə

Qaxda durna ovlayan ərəb turistləri cərimələndi –