Ermənistan növbəti dəfə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ üzrə danışıqlar prosesində müəyyən edilmiş baza prinsiplərindən imtina etdiyini bəyan edib.
Azpost.info bildirir ki, Ermənistan XİN başçısı Zoqrab Mnasakanyan parlamentin bu günkü iclasında çıxışı zamanı Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını deyib.
“Qarabağın Azərbaycanın tərkibində heç bir gələcəyi ola bilməz. Heç vaxt olmayıb və olmayacaq”-deyə XİN başçısı həyasızlıqla vurğulayıb.
Qeyd edək ki, ABŞ, Fransa və Rusiya, həmçinin ATƏT-in Minsk Qrupunun digər üzvləri, BMT Qarabağ danışıqlarına müəyyən olunmuş baza prinsiplərinin əsas olduğunu bəyan ediblər. Bu prisniplərə görə isə Azərbaycanın ərazi bütövlüyü tanınır, və Dağlıq Qarabağın gələcək statusunun yalnız bu çərçivədə müzakirəsi nəzərdə tutulur.