Ermənistan müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryan ölüb

19 Noyabr 2020 - 10:26

Ermənistan müdafiə nazirinin sabiq müavini, general-leytenant Manvel Qriqoryan ölüb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Ermənistan “Respublika” partiyasının üzvü Karen Avaqyan bildirib.

Qeyd edək ki, oktyabrın 20-də səhhəti kəskin pisləşən M. Qriqoryanı reanimasiyaya yerləşdiriblər.

Xatırladaq ki, M. Qriqoryan Ermənistan parlamentinin sabiq deputatı olub. 2018-ci ilin iyun ayında onun barəsində cinayət işi başlanılıb və həbs edilib. M. Qriqoryan qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirləndirilib. Lakin 2020-ci ilin yanvar ayında məhkəmə səhhətində yaranmış problemlə bağlı onun barəsində həbs qətimkan tədbirini dəyişərək, M. Qriqoryanı azadlığa buraxıb.