Ermənistan ordusu Qazaxda yaşayış evlərini və mülki avtomobilləri atəşə tutub

13 Mart 2020 - 13:28

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən (DSX)  verilən məlumata görə, martın 13-də saat 11:45 radələrindən başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri ER-nın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.