“İşğal olunmuş ərazilərin hüquqi statusu ilə bağlı qanunu artıq qəbul etməliyik”- Qüdrət Həsənquliyev

“Qanunvericilikdə parlamentdəki azlıqlarla bağlı məsələ əksini tapmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev deyib ki, bunun üçün Milli Məclisin Daxili Nizamnaməsində, “Deputat statusu haqqında” qanunda və digər qanunlarda müvafiq dəyişiklik olmalıdır: “Bəzi komitələri birləşdirə bilərik. Təklif edirəm ki, işğal olunmuş ərazilərin hüquqi statusu ilə bağlı qanunu artıq qəbul edək. Bizimlə eyni taleyi yaşayan ölkələrdə bu qanun artıq qəbul edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan ordusu Qazaxda yaşayış evlərini və mülki avtomobilləri atəşə tutub

Sonrakı məqalə

MM-in Komitə sədri: