Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan və hüquq məsələləri üzrə komissiyanın başçısı Vladimir Vardanyan Moskvaya gediblər.
Azpost.info bildirir ki, parlamentin rəsmi saytının məlumatına görə, onlar noyabrın 11-dək Moskvada olacaqlar. Səfərin məqsədi açıqlanmayıb.
Məlumata görə, deputatlar Rusiya siyasi elitasının nümayəndələri ilə görüşlər keçirəcəklər.
Xatırladaq ki, dünən XİN rəhbərinin müavini Şavarş Koçaryan Ermənistana hərbi yardımla bağlı Rusiya ilə məxfi məsləhətləşmələrin aparıldığını açıqlamışdı.