Ermənistan prezidenti Brüsselə səfərə gedib  –

NATO Baş katibi ilə görüş xahiş edib
21 Oktyabr 2020 - 15:01

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə səfərə gedib.

Azpost.info bildirir ki, prezident aparatından verilən məlumata görə, A. Sarkisyan NATO-nun baş katibi Yens Stoltenberqlə, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrel və digər şəxslərlə görüşü planlaşdırılıb.

Görüşlərin keçirilməsini Sarksiyan xahiş edib. Ermənistan prezidenti Avropa strukturları ilə Qarabğdakı vəziyyəti müzakirə edəcək.