Ermənistan Qafan ətrafındakı mövqeləri sabah Azərbaycana təhvil verəcək

17 Dekabr 2020 - 16:48

Sabah saat 17.00-a qədər Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Qafan şəhəri ətrafındakı bütün mövqelər Azərbaycana təhvil veriləcək.

Azpost.info bildirir ki, bu barədə nevs.am-a Qafanın meri Gevorq Parsyan bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi bununla bağlı müvafiq göstəriş verib. Hazırda Qafanda Azərbaycanla dövlət sərhəddində rus sülhməramlıları yerləşdirilir.

Ermənistan mövqeləri tərk etdikdən sonra Azərbaycan mühüm yüksəklikləri və strateji yolu nəzarəti əlinə alacaq.

Qeyd edək ki, Ermənistan müdafiə naziri Vaqarşak Arutunyan bu gün Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiyası ilə bağlı hərbçilərin yeni mövqelərə köçürülməsi ilə əlaqadar Sünikə gəlib və hərbi birləşmə komandirləri, sərhəd dəstəsi ilə görüşüb.